RU
Rusiya:
00:18
616

Rusiya:

Avropa Birliyi Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 31 iyul 2016-cı il tarixinə qədər uzadıb.

7news.az xəbər verir ki, qərara münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyi Avropa Birliyinin bu addımını məntiqsiz adlandırıb:

“Böhranı Rusiya deyil, Ukrayndakı mövcud hakimiyyət yaradıb. 2014-cü ilin fevralında Ukrayna hakimiyyəti hərbi gücündən istifadə edərək Donbass üzərində təzyiqlərə başladı. Ukraynada yaşanan böhran Avropa Birliyi ilə Kiyev hakimiyyətinin ortaq planıdır. Burada məntiqsizlik açıq-aşkar görünür. Brüssel özünün yaratdığı böhrana görə Rusiyanı cəzalandırmağa çalışır. Terrora qarşı əməkdaşlıq etmək əvəzinə, dar çərçivədən hərəkət edərək bizə qarşı sanksiya tətbiq edirlər.”

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ