Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, 2023-cü il yanvarın 1-dən Rusiya Silahlı Qüvvələrinə 280 min nəfər müqaviləli hərbçi kimi cəlb olunub.
7NEWS.az xəbər verir ki, Medvedev bildirib ki, yanvarın 1-dən Müdafiə Nazirliyinin məlumatına görə, 280 minə yaxın insan Silahlı Qüvvələrin sıralarına qəbul edilib. Səfərbərlik və müqaviləli əsgərlərin pul müavinətlərinin ölçülərindəki tarazlığın aradan qaldırıldığını deyən Medvedev əsgərlərin və onların ailələrinin sosial təminatlarının əhəmiyyətli dərəcədə artırıldığını bildirib.
7NEWS.az








