Rusiya 47 ildən sonra yenidən Aya kosmik gəmi göndərib. "Luna 25” pilotsuz kosmik aparatı Ayın səthinə yumşaq eniş edəcək və burada su mənbələri axtaracaq.
7NEWS.az xəbər verir ki, Rusiya "Luna 25” pilotsuz kosmik gəmisini daşıyan "Soyuz” raketini kosmosa göndərib. Yerli vaxtla saat 09:10-da "Vostochnıy” Kosmik Bazasından baş tutan buraxılışı Rusiyanın "Roskosmos” kosmik agentliyi canlı yayımlayıb. Kosmik raket hesablamalara görə bir neçə dəqiqə ərzində atmosferi tərk edib. "Roskosmos”un direktoru Yuri Borisov bildirib ki, buraxılış uğurlu olub.
7NEWS.az








