RU
Rusiya 6 Afrika ölkəsinə pulsuz taxıl göndərəcək
15:10
134

Rusiya 6 Afrika ölkəsinə pulsuz taxıl göndərəcək


Rusiyanın Kənd Təsərrüfatı Naziri Patruşev ölkəsinin tezliklə əsas ərzaq çatışmazlığı olan ölkələrə təqribən 25-50 min ton taxıl göndərəcəyini açıqlayıb.

7NEWS.az xəbər verir ki, kənd təsərrüfatı naziri Dmitri Patruşev bildirib ki, yaxın gələcəkdə Rusiya 6 Afrika ölkəsinə pulsuz olaraq 25-50 min ton taxıl tədarük edəcək. Bundan əvvəl, iyulun sonunda Rusiya prezidenti Vladimir Putin Afrika ölkələrinə, o cümlədən Burkina Faso, Mali və Eritreyaya taxıl ianə verməyi tapşırmışdı.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ