Rusiya Pribaltika ölkələrinə hücum edərsə NATO-nu həm vaxt, həm də məsafə baxımından qabaqlayacaq.
Bu barədə 7news.Az "BBC"yə istinadən məlumat verir.
RAND araşdırma mərkəzinin rəyinə görə, Tallin və Riqanı işğal etmək üçün Rusiyaya cəmi 60 saat vaxt lazımdır.
ABŞ müdafiə nazirinin müavini Maykl Karpenter etiraf edib ki, bu rəqəmlər həqiqəti əks etdirir, əgər bu ssenari baş tutarsa NATO və ABŞ Pribaltikaya kömək edə bilməyəcək.
Lakin nazir müavini qeyd edib ki, alyans 2017-ci ilin sonuna qədər vəziyyəti dəyişəcək və Baltikyanı ölkələrin ərazisində silahlı qüvvələr yerləşdiriləcək.
7news.Az








