Rusiya Xarici İşlər Nazirliyi persona non-qrata elan edilmiş amerikalı diplomatların siyahısını ABŞ səfirliyinə təqdim edib.
Bu barədə nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.
Nota BMT missiyasının rusiyalı əməkdaşlarının ölkədən çıxarılmasına cavab olaraq ABŞ-ın Moskvadakı diplomatik missiyasının yüksək vəzifəli diplomatına təqdim olunub.
Fevralın 28-də Ağ Evin mətbuat katibi Cen Psaki BMT-dəki rusiyalı diplomatları casusluqda ittiham edib və onların ABŞ-dan qovulacağını bildirib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenza deyib ki, ABŞ diplomatları ölkədən çıxarmaq üçün daim kəşfiyyat fəaliyyəti ilə bağlı ittihamlardan istifadə edir./report
7NEWS.Az








