ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiq etməsi məntiqə zidd və düşmən mövqeyi sərgiləyən addımdır.
7news.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
“Bu qərar ikili münasibətlərimizə xələl gətirəcək. Son sanksiyalar paketi ilə bağlı müzakirələr aparılacaq. Buna qarşı lazımi tədbirlər görüləcək və təkliflər dəyərləndiriləcək. Müzakirələrdə dövlət başçısı Vladimir Putin də iştirak edəcək”, - Peskov bildirib
7news.az








