ABŞ-ın əsas məqsədi Suriya Prezidenti Bəşər Əsədin vəzifədən kənarlaşdırılması deyil.
Bu sözləri ABŞ Dövlət Katibi Con Kerri deyib.
O bildirib ki, ABŞ və müttəffiqləri Suriyada hakimiyyət dəyişikliyinin baş verməsində maraqlı deyil:
“Heç kim diktator və terrorçular arasında seçim etmək məcburiyyətində qalmamalıdır. Ruisyada Əsəd haqqında müzakirə aparmadıq. Suriyanın gələcəyi ilə bağlı suriyalıların atacağı addımları və sülh prosesini müzakirə etdik”.
Bundan əlavə, Rusiyanın “Kommersant” qəzeti qeyd edib ki, Kerrinin Rusiya səfəri ABŞ-ın Suriya ilə bağlı siyasətində dəyişikliyə səbəb olub./axar
7news.az








