RU
Rusiya ABŞ-la dialoqa hazırdır - Vladimir Putin
10:38
417

Rusiya ABŞ-la dialoqa hazırdır - Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin İraq və Suriyada baş verənlər və Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) prezident seçkiləri barədə danışıb.

Kreml rəhbəri bildirib ki, Rusiya Amerikadakı prezident seçkilərinə müdaxilə etmək və ya nəticələrinə təsir göstərmək niyyətində deyil. Putinin sözlərinə görə, ABŞ-dakı seçkilərin nəticəsindən asılı olmayaraq Moskva Vaşinqtonla dialoqa hazırdır.

Rusiya lideri Mosul əməliyyatları”barədə də danışıb və bildirib ki, İraq rəsmiləri hücum zamanı dinc insanların həlak olmaması üçün əlindən gələni etməlidir. İraq ordusunun Mosula irəliləməsinə dəstək verən Vladimir Putin, əməliyyatların uğurlu nəticə verəcəyinə inandığını ifadə edib.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ