Rusiya "Vaqner Qrupu” muzdlu birləşməsini əvəz etmək üçün Afrikada yeni hərbi birləşmələr yerləşdirir. Rusiyanın yeni Afrika Korpusu öz missiyasına başladı.
7NEWS.az xəbər verir ki, Burkina Fasodakı hərbi xunta administrasiyası ilə Rusiya prezidenti Vladimir Putin rejimi arasında münasibətlər kifayət qədər gərgin və güclü görünür. Bunun ən son və konkret sübutlarından biri də Moskvanın bu yaxınlarda Burkina Fasoya intensiv hərbi dəstək verməsi oldu. Əvvəllər bu ölkədə fəaliyyət göstərən rus muzdlu dəstəsi olan Vaqner Qrupunun varisi olan hərbi qüvvə paytaxt Vaqaduquya gəlib.
7NEWS.az








