Qurban bayramının birinci günündə Rusiya qırıcıları müxaliflərin məskunlaşdığı əraziləri bombardıman edib.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində Şamda 15, İdlibdə 14, Humus və Derada 2, Hələbdə isə 1 nəfər öldürülüb. Öldürülənlər içərisində 4 uşaq, 2-si qadındır.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Suriyada atəşkəs elan olunub. Atəşkəs rejimi ötən gün qüvvəyə minib.








