RU
lombard
Rusiya aviaşirkəti Naxçıvan-Gəncə-Naxçıvan reysi üzrə ilk uçuş həyata keçirib
23:03
117

Rusiya aviaşirkəti Naxçıvan-Gəncə-Naxçıvan reysi üzrə ilk uçuş həyata keçirib

Naxçıvan Beynəlxalq Hava Limanında beynəlxalq və yerli reyslərin sayı artırılır.

7NEWS.Az xəbər verir ki, bu tədbirlərin davamı olaraq Rusiyada fəaliyyət göstərən "İrAero" aviaşirkəti tərəfindən Naxçıvan-Gəncə-Naxçıvan istiqaməti üzrə ilk reys həyata keçirilib.

İlk uçuşu sentyabrın 16-da həyata keçirilən bu reys həftədə 1 dəfə cümə axşamı yerinə yetiriləcək.

Reysin uçuş müddəti 40 dəqiqədir. Naxçıvandan uçuş saat 16:10-da, Gəncədən isə saat 18-10-da baş tutacaq.

Sərnişinlər Naxçıvan şəhərində və Ordubad rayonunda yerləşən aviakassalardan bilet əldə edə bilərlər.

7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ