RU
Rusiya aviasiyası Ukraynanın daha 16 hərbi obyektini məhv edib
15:00
510

Rusiya aviasiyası Ukraynanın daha 16 hərbi obyektini məhv edib

Rusiya raket və artilleriya qoşunları Ukrayna Ordusunun 811 obyektini vurub.

7NEWS.Az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
"Raket və artilleriya qoşunları 811 hədəfi, o cümlədən Ukrayna qoşunlarının 43 komanda məntəqəsini, hərbi texnika üçün yanacaq daşıyan 8 karvanı, həmçinin düşmənin 67 canlı qüvvəsinin cəmləşdiyi ərazini vurub”, - Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov ötən gecə ərzində Rusiya Hava Kosmik Qüvvələrinin Ukraynanın 16 hərbi obyektini məhv etdiyini söyləyib: "Ötən gecə ərzində düşmənin 16 hədəfi yüksək dəqiqlikli havadan buraxılan raketlərlə vurulub. Onların arasında Odessa vilayətinin Povstanskoye, Barvenkovo, Lisiçansk, Sribnoye, Petrovski və Opıtnoye yaşayış məntəqələrində Ukrayna hərbi texnikası və silahlarının cəmləşdiyi 11 ərazi məhv edilib. Bundan başqa Nikolayev rayonunda, Poltavanın cənub-şərqində - radar kəşfiyyatı və rabitə vasitələrinin mərkəzi anbar bazası, Poltavanın cənubunda - zenit-raket silahları üçün anbar bazası, iki raket və artilleriya silahı anbarı, Qusarovka yaşayış məntəqəsində 95-ci Əlahiddə Hücum Briqadasının hissələrinin cəmləşdiyi ərazi məhv edilib”.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ