Nursultan Nazarbayevin Azərbaycana Avrasiya İqtisadi Birliyində müşahidəçi statusunun verilməsi ilə bağlı təşəbbüsü diqqətə layiqdir.
7NEWS.Az-ın verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
"Avrasiya İqtisadi Birliyinin ideoloqu hesab olunan Nursultan Nazarbayevin təşəbbüsü əlbəttə ki, diqqətə layiqdir. Bildiyiniz kimi, Avrasiya İqtisadi Birliyi onun məqsəd və prinsiplərini bölüşən və daha çox sıx inteqrasiyada maraqlı olan dövlətlər üçün açıqdır. Biz ilk növbədə MDB ölkələrini nəzərdə tuturuq. Azərbaycanla Avrasiya İqtisadi Birliyinin dialoqun inkişafı bütün formatlarda qarşılıqlı ticarətin optimallaşdırılmasına və regiondakı nəqliyyat arteriyalarının açılmasına yardım edərdi. Bunun üçün təşkilata bütün üzv dövlətlərin və maraq göstərən tərəfin razılığı olmalıdır”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
Qeyd edək ki, Avrasiya İqtisadi Şurasının sonuncu keçirilən iclasında Qazaxıstanın keçmiş prezidenti Avrasiya İqtisadi Birliyinin fəxri sədri Nursultan Nazarbayev Azərbaycanın təşkilata müşahidəçi statusunun verilməsi ilə bağlı danışıqlara başlamağı təklif edib.
7NEWS.Az








