RU
Rusiya Azərbaycana BMP-3 satışını yekunlaşdırır
17:35
493

Rusiya Azərbaycana BMP-3 satışını yekunlaşdırır

Rusiya daha əvvəl imzalanmış müqavilə çərçivəsində Azərbaycana piyadaların döyüş maşınlarının (BMP-3) çatdırılmasını 2016-cı ildə yekunlaşdıracaq.

 

AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Traktornıye zavodı” konserninin nümayəndəsi deyib. 

Onun sözlərinə görə, müqavilədə nəzərdə tutulan sayda Azərbaycana döyüş maşınlarının göndərilməsi gələn il tamamlanacaq.

Qeyd edək ki, müqavilə 2010-cu ildə imzalanıb və 2017-ci ildə onun tam həyata keçiriləcəyi planlaşdırılır. “BMP-3”dən əlavə , Azərbaycana özüyeriyən artilleriya qurğuları və reaktiv atəş sistemləri də satılacaq. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ