RU
Rusiya Azərbaycana təşəkkür etdi
20:45
1026

Rusiya Azərbaycana təşəkkür etdi

“Azərbaycanlı mütəxəssislərin fədakar köməyini yüksək qiymətləndiririk”.

Rusiyanın Azərbaycandakı səfirliyi Rusiyanın “Palflot-2” tankerinin xilasetmə işlərində iştirak etdiyinə görə Azərbaycana təşəkkür edib.

7news.Az xəbər verir ki, səfirlikdən Report-a verilən məluamat görə, onlar Xəzər dənizində yanan tankerin xilas edilməsində iştiraka görə Fövqəladə Hallar Nazirliyinə, Dövlət Dəniz Administrasiyasına və “Xəzər dəniz gəmiçiliyi" QSC-yə öz təşəkkürünü bildirib.

“Qəzanın öhdəsindən operativ şəkildə gəlməkdə yardımçı olan azərbaycanlı mütəxəssislərin vaxtında və fədakar köməyini yüksək qiymətləndirən səfirlik bu addımı dostluq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin daha bir təzahürü kimi qiymətləndirir”, - səfirliyin Azərbaycan XİN-ə göndərdiyi məktubda yazılıb.

Qeyd edək ki, Rusiyanın “Palflot-2” tankerində aprelin 23-də Xəzər dənizində Türkmənistan ərazi sularında yanğın baş verib. Yanğın nəticəsində bir nəfər ölüb, digər 10 ekipaj üzvü isə hadisə yerinə vaxtında yardıma gələn Azərbaycan xilasediciləri tərəfindən evakuasiya edilib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ