“ATƏT Azərbaycana qarşı açıq şəkildə siyasiləşdirilmiş qərar qəbul edib”.
Moskva ATƏT-in Demokratik institutlar və insan haqları üzrə Büronun Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçilərin göndərilməməsinə dair qərarını siyasiləşdirilmiş hesab edir.
Bu barədə cümə günü Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin insan haqları, demokratiya və hüququn aliliyi üzrə səlahiyyətli nümayəndəsi Konstantin Dolqov bəyan edib.
Azərbaycanın bir palatalı parlamentinə seçkilər noyabrın 1-də keçiriləcək. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, parlamentdəki 125 yerə 769 nəfər namizədlik irəli sürüb.
Daha öncə ATƏT-də ölkə hakimiyyətinin müşahidəçilərin sayına qoyduğu məhdudiyyət səbəbindən Azərbaycan parlament seçkilərini müşahidə etməyəcəklərini bəyan etmişdi.
“Azərbaycanın Milli Məclisinə noyabr ayının 1-də keçiriləcək seçkilərdə hakimiyyətin beynəlxalq müşahidəçilərin sayının məhdudlaşdırılmasına dair tələbinə - orda isə çox güman ki, böyük rəqəm təklif edilmişdi - Demokratik institutlar və insan haqları üzrə Büro açıq şəkildə siyasiləşdirilmiş qərar qəbul edib”, Dolqov “Seçkilərin təşkilinin və onların yekunlarının qiymətləndirilməsi universal standartları” mövzusunda parlament dinləməsində bəyan edib./oxu
7news.az








