RU
Rusiya Azərbaycanı nə ilə silahlandırıb?
16:17
1685

Rusiya Azərbaycanı nə ilə silahlandırıb?

Quru qoşunları üçün.

Rusiyanın quru qoşunları üçün texnika və silahın xarici sifarişlər portfeli 12 milyarddan artıqdır.

Bu barədə "Nijni Tagildə" açılan “Russia Arms Expo-2015” (RAE) sərgisində Rusiya Strateji Təhlil və Texnologiyalar Mərkəzinin baş direktorunun müavini İqor Sevastyanov bildirib.

Иu barədə İTAR-TASS-a istinadən xəbər verir.

Mərkəzin məlumatına görə, Rusiya ikitərəfli müqavilələr çərçivəsində Azərbaycana T-90C tankları, BMP-3, özüyeriyən artilleriya qurğuları, ağır alov saçan sistem göndərir.

Qeyd edək ki, bu gün Rusiyanın Nijni Tagil şəhərində “Russia Arms Expo-2015” silah-sursat və hərbi texnika sərgisi başlayıb. Sərginin təşkilatçıları 65 xarici nümayəndənin sərgiyə qatılacağını bildirib.

Sərgidə T-14 tankları və BMP-15 də daxil olmaqla, Rusiya zirehli texnikasının ən yeni nümunələri nümayiş olunur.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ