Rusiyanın paytaxtı Moskvadakı Volgogradski prospektində oğurluq hadisəsi qeydə alınıb.
7news.az Rusiya KİV-nə istinadən xəbər verir ki, naməlum şəxslər Sber Bankdan 10 milyon rubl ( 180 min dollar) oğurlayıblar.
Bank oğruların 10 milyon rubl apardıqlarını təsdiqləyib. Bankdakı təhlükəsizlik kameraları araşdırılmağa başlayıb.
Moskva polisi Andrey Galiakberov mətbuata açıqlamasında günahkarları tutmaq üçün lazımlı olan bütün işləri gördüklərini, qısa müddətdə müsbət nəticə əldə edəcəklərini bildirib.
Oğurluq zamanı isə iki bank işçisi yaralanıb.
Onlar prospektdə yerləşən xəstəxanaya yerləşdirilib.
//







