RU
Rusiya banklarının kartları xaricdə 3 gün işləyəcək
12:45
266

Rusiya banklarının kartları xaricdə 3 gün işləyəcək

Rusiya banklarının verdiyi Mastercard və Visa sistemli kartlar yaxın 3 gündə adi qaydada işləyəcək.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə "Alfa Bank”ın sosial şəbəkə hesabında bildirilib.
Bankın mütəxəssisləri bildirirlər ki, təxminən 3 gün kartlar adi rejimdə həm ölkə daxilində, həm də xaricdə işləyəcək. Bu müddətdən sonra yalnız Rusiya daxilində əməliyyat aparmaq mümkün olacaq.

Mütəxəssislər ölkə xaricində olan Rusiya vətəndaşlarının hesablarındakı vəsaiti dərhal nağdlaşdırmağı məsləhət görüblər.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ