Estoniya Rusiyanın AN-26 hərbi təyyarəsinin ölkənin hava məkanını pozduğunu açıqlayıb.
7news.Az virtualaz.org-a istinadən xəbər verir ki, məsələ ilə əlaqədar olaraq Estoniya ordusunun baş qərargahı açıqlama yayıb.
"Rusiyanın AN-26 hərbi təyyarəsi saat 10:29-da Finlandiya körfəzində Vaindloo adası yaxınlığında Estoniya hava sahəsinə daxil olub. Təyyarə 1 dəqiqədən az bir müddət ərzində Estoniya hava sahəsində olub. Sərhədi pozan təyyarə uçuş məlumat xidməti ilə radio təmasına girməyib", - deyə açıqlamada bildirilir.
Rusiyanın Estoniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq, ona hadisə ilə əlaqədar etiraz notası təqdim olunub.
7news.Az








