Rusiya Latviya, Litva və Estoniyadakı bəzi konsulluq idarələrini bağlayır və onların əməkdaşları ölkəni tərk etməli olacaqlar.
7NEWS.Az xəbər verir ki, bu barədə RF Xarici İşlər Nazirliyi rəsmi saytında məlumat yer alıb.
Latviya və Estoniyanın səfirləri Maris Riekstins və Marqus Laidre, eləcə də Litvanın müvəqqəti işlər vəkili Virciniya Umbrasene aprelin 21-də Smolenskaya meydanına çağırılıblar. Onlara Rusiyanın Klaypeda, Liepaja, Dauqavpils, Narvadakı baş konsulluqlarının və səfirliyin Tartudakı konsulluq şöbəsinin ofisinin bağlanması ilə bağlı kəskin etiraz ediblər.
Qarşılıqlılıq prinsipi əsasında, eləcə də bu ölkələrin hakimiyyət orqanlarının Kiyevə hərbi yardım göstərməsini nəzərə alaraq, Latviyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun, Latviyanın Pskovdakı konsulluqlarının, Estoniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun və onun Pskovdakı ofisinin, Litvanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə razılığın geri götürülməsi barədə qərar qəbul etdiklərini açıqlayıblar.
Moskva Estoniya və Latviya nümayəndəliklərinin rəhbərlərini və konsulluq işçilərini persona non-qrata elan edib. Rusiya vətəndaşı olmayan konsulluq işçiləri və inzibati və texniki işçilər qəbuledilməz elan edilir.
7NEWS.Az







