RU
“Rusiya çevriliş cəhdi zamanı Türkiyəyə ən çox dəstək verən ölkələrdən biri olub”
13:22
1468

“Rusiya çevriliş cəhdi zamanı Türkiyəyə ən çox dəstək verən ölkələrdən biri olub”

Rusiya çevrilişə cəhd zamanı Türkiyə demokratiyasına ən çox dəstək verən ölkələrdən biri olub.

7news.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

"Bir çox ölkə Türkiyədə demokratiyaya dəstək mesajları göndərmişdilər. Rusiya ən çox dəstək verən ölkələrdən biri olub", - deyə Çavuşoğlu qeyd edib.

O, Türkiyə təhlükəsizlik sistemində boşluqların olduğunu etiraf edib: "Çevriliş cəhdi barədə yalnız ehtimallar olsaydı belə, prezident lap əvvəldən bu barədə xəbər tutmalı idi", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, son hadisələr Türkiyə rəhbərliyi üçün dərs olub: "Vətəndaşların bu cür təhdidlərlə bir daha üzləşməməsi üçün bütün lazımi tədbirlər görüləcək".

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ