Rusiya post-sovet məkanında münaqişələrin siyasi və diplomatik həllinin fəal tərəfdarı kimi çıxış edir.
7news.Az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsdiq edilmiş Rusiya Federasiyasının yeni xarici siyasət konsepsiyasında deyilir.
Sənəddə bildirilir ki, Rusiya mövcud çoxtərəfli danışıqlar mexanizmi çərçivəsində 2009-2013-cü illərdə Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatında göstərilən prinsiplər əsasında və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ilə əməkdaşlıq edərək Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına çalışır.
7news.Az








