Danimarkanın Rusiyanın Kopenhagendəki səfirliyinin işçilərinin sayını azaltmaq qərarına cavab olaraq Rusiya bu ölkədəki konsulluq fəaliyyətini dayandırmağa qərar verib.
7NEWS.az xəbər verir ki, Rusiyanın Danimarkadakı səfirliyi bu gündən konsulluq fəaliyyətinin dayandırıldığını açıqlayıb. Səfirlikdən verilən açıqlamada, bu qərar Danimarka hakimiyyətinin ölkədəki rus diplomatlarının sayını azaltmaq qərarına səbəb kimi göstərilib. Telegram kanalında açıqlama verən səfirlik Danimarka hakimiyyətinin ötən cümə günü ölkədə yerləşən on rusiyalı diplomatı ölkədən çıxarmaq qərarını xatırladıb.
7NEWS.az








