Rusiyanın Tambov bölgəsində içərisində 16 sərnişin olan "QazEL” markalı mikroavtobus aşıb.
7News.Az APA-ya istinadən bildirir ki, Znamenski rayonunda Sampur-Tambov magistral yolunun 21-ci kilometrliyində baş verən hadisə nəticəsində 3 nəfər ağır yaralanıb.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, xəsarət alanlar bölgədəki xəstəxanaya yerləşdirilib, digər sərnişinlərə isə yerində tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








