RU
Rusiya DİN: Əcnəbilər ötən il 2020-ci ildən daha çox cinayət törədiblər
20:00
506

Rusiya DİN: Əcnəbilər ötən il 2020-ci ildən daha çox cinayət törədiblər

2021-ci ildə Rusiyada işləmək üçün miqrantlara verilən patentlərin sayı 2019-cu ilin səviyyəsini ötüb.

Bu barədə Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev Daxili İşlər Nazirliyinin prezidentin iştirakı ilə keçirilən geniş kollegiyasında bildirib.
"Hava əlaqəsinin bərpası və Rusiya Federasiyasına giriş qadağalarının qismən götürülməsi xarici işçi qüvvəsinin axınını gücləndirib. Verilmiş patentlərin sayı pandemiyaya qədərki, 2019-cu ildən əvvəlki səviyyəni ötüb", - deyə Rusiya DİN rəhbəri vurğulayıb.

Kolokoltsev onu da bildirib ki, əcnəbilər, o cümlədən miqrantlar 2021-ci ildə 2020-ci ilə nisbətən daha çox cinayət törədiblər: "Xarici vətəndaşlar tərəfindən törədilən cinayətlərin sayı, təxminən 6 faiz artıb. Qrup şəklində asayiş pozuntuları qeydə alınıb, onların iştirakçıları məsuliyyətə cəlb edilib, ölkədən qovulma və deportasiya şəklində tədbirlər görülüb".
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ