Rusiya öz Daxili İşlər Nazirliyinin xətti ilə Əfqanıstana 10 min "Kalaşnikov" avtomat silahı göndərəcək.
Bu haqda Putinin Əfqanıstan üzrə nümayəndəsi Rusiya XİN-in Asiya Departamentinin direktoru Zamib Kabulov məlumat verib.
Bundan başqa Moskva 2016-cı ildə Kabilə helikopter texnikası da göndərəcək.
Qeyd edək ki, bu gün Avropa mediasında Putinin Taliban lideri ilə gizli görüşü haqda xəbərlər yayılmışdı. Rusiya XİN isə Talibanla Rusiyanın İŞİD-lə mübarizədə mövqelərinin üst-üstə düşdüyünü bəyan etmişdi./olke.az
7news.az








