RU
Rusiya Ermənistan barədə seçimini etdi
11:21
1028

Rusiya Ermənistan barədə seçimini etdi

"Razılaşma tezliklə icra olunmalıdır"

Rusiya Ermənistanı Cənubi Qafqazda əsas müttəfiq hesab edir.
Bunu ötən gün İrəvanda Ermənistanın müdafiə naziri Vigen Sarqsyanla görüşü zamanı Rusiyanın müdafiə nazirinin müavini Ruslan Tsalikov bildirib.

R.Tsalikov Rusiya MN rəhbəri Sergey Şoyqunun adından Ermənistan milli ordusunun yaranmasının 25 illiyi münasibəti ilə V.Sarqsyanı təbrik edib.

"Bu müddət ərzində respublikada regiondakı hərbi təhlükəsizliyə mövcud təhdidlərə effektiv müqavimət göstərməyə, Ermənistanın müdafiə qabiliyyətini və mühafizəsini yüksək səviyyədə təmin etməyə qadir silahlı qüvvələr yaradılıb. Ermənistanı Cənubi Qafqazda müttəfiq və əsas tərəfdaş hesab edirik”, - deyə R.Tsalikov bildirib.   

"Bu bizim üçün çox vacibdir. Mən ümid edirəm ki, əldə olunan razılaşmalar, 2017-ci ilin tədbirlər planında əks olunan məsələlər vaxtında reallaşdırılacaq”, - deyə Sarqsyan bildirib. /istipress.com
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ