RU
Rusiya Ermənistana qırıcılar göndərdi
19:22
994

Rusiya Ermənistana qırıcılar göndərdi

Rusiya Ermənistanda yerləşən Erebuni hərbi bazasına 4-cü nəsil MiQ-29 qırıcılarını, təkmilləşdirilmiş MiQ-29S və Mi-8MT nəqliyyat vertolyotu göndərib.

Aviatexnika Krasnoyarsk vilayətindən İrəvan hava limanına hərbi nəqliyyat təyyarələri vasitəsi ilə gətirilib.

Bildirilib ki, yaxın vaxtlarda 4+ nəslindən olan döyüş qırıcıları və helikopter mühəndis-texniki heyət tərəfindən yığılacaq və istismara veriləcək.

Pilotlar artıq martın ortalarından qırıcılarda uçuş keçirə biləcəklər./azvision

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ