Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Ermənistanın Armavir vilayətindən pomidor və bibər idxalına müvəqqəti qadağa tətbiq edib.
7News.Az Trend-ə istinadən bildirir ki, qadağa dekabrın 14-dən qüvvəyə minəcək.
Qərara həmin vilayətdə yetişdirilmiş tərəvəzlərdə Pepino mozaik virusunun aşkarlanması olub.
İdxal qadağasının qüvvədə olacağı müddət açıqlanmayıb.
7News.Az








