Biz Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına tezliklə başlanılmasının tərəfdarıyıq. Rusiya demarkasiya üzrə komissiya ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana təqdim edəcək.
7News.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
O bildirib ki, Rusiya komissiyanın yaradılması məsələsinin tezliklə həll olunmasına ümid edir.
7News.Az








