Azad Avropa/Azadlıq Radiosunun redaktoru Alsu Kurmaşeva bu il Rusiyada həbs edilən ikinci ABŞ jurnalisti olub.
7NEWS.az xəbər verir ki, ABŞ hökuməti tərəfindən maliyyələşdirilən media şirkətində çalışan rus əsilli amerikalı jurnalistin Rusiyada saxlanıldığı və "xarici agent” kimi qeydiyyatdan keçməməkdə ittiham edildiyi bildirilir. Azad Avropa/Azadlıq Radiosunun redaktoru Alsu Kurmaşeva bu il Rusiyada həbs edilən ikinci ABŞ jurnalisti olub. "Wall Street Journal"ın müxbiri Evan Gershkoviç mart ayında casusluq ittihamı ilə həbs edilib.
7NEWS.az








