Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasına görə, Estoniyanın baş naziri Kallas və nazirlər Peterkop və Kayris polisin "axtarılanlar” siyahısına salınıb. Estoniya Qərbə "hərbi münaqişə" barədə xəbərdarlıq edib.
7NEWS.az xəbər verir ki, Rusiya polisi Estoniyanın baş naziri Kaja Kallas, dövlət naziri Taimar Peterkop və mədəniyyət naziri Simonas Kayrisi axtarışda olanlar siyahısına salıb. Üç adın Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında müvafiq siyahıya əlavə edildiyi bildirilsə də, Estoniyanın dövlət məmurlarının axtarışda olduğu cinayət və ya cinayətlər barədə məlumat bazasında heç bir məlumat verilməyib.
7NEWS.az








