Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov NATO-ya daxil olmaq niyyətini açıqlayan İsveç və Finlandiyanı hədələyib.
Bu barədə XİN rəsmisi "RİA Novosti”yə danışıb.
Onun sözlərinə görə, İsveç və Finlandiyanın Alyansa daxil olmasından sonra hər iki ölkənin təhlükəsizliyi güclənməyəcək:
"Finlandiya və İsveçin NATO-ya daxil olması çox böyük fəsadları olan səhv olardı. Heç kimdə Rusiyanın vəziyyətlə barışacağına dair illüziyası olmamalıdır. Moskvanın reaksiyası isə Stokholm və Helsinki tərəfindən atılan konkret addımlardan asılı olacaq”.








