Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Böyük Britaniyanın Moskvadakı səfirliyinin altı əməkdaşının fəaliyyətlərində casusluq və təxribat əlamətlərini müəyyən edib. Onlar akkreditasiyadan məhrum olunub.
Bu barədə yerli KİV Rusiya FTX-yə istinadən məlumat yayıb.
FTX qeyd edib ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktorluğu Rusiya və MDB ölkələrinə zərbə vurmaq üçün xüsusi xidmətə çevrilib:
"Rusiya xüsusi xidmət orqanı tərəfindən əldə edilmiş sənədlər Londonun beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşməsini əlaqələndirdiyini təsdiqləyir. Bu səbəbdən qurum fəaliyyətlərində kəşfiyyat və təxribat işinin əlamətləri aşkar edilən Britaniya diplomatlarının Rusiyaya ezamiyyətlərinin vaxtından əvvəl dayandırılmasına çalışacaq”.








