Rusiyada məhkəmə "Google"u rusiyalı istifadəçilərin şəxsi məlumatlarını lokallaşdırmadığı üçün 15 milyon rubl (təxminən 165 min dollar) cərimələyib.
7NEWS.az xəbər verir ki, "Google"a qarşı açılan işə paytaxt Moskvada baxılıb. Məhkəmə "Google"un rusiyalı istifadəçilərin şəxsi məlumatlarını ölkə daxilində saxlamadığını əsas gətirərək qanuna əməl etmədiyinə qərar verib və "Google"a 15 milyon rubl cərimə ödəməyə məcbur edib.
"Google" əvvəllər də oxşar səbəblərə görə cərimələnmişdi.
7NEWS.az








