RU
Rusiya-Gürcüstan sərhədində mərmi aşkarlanıb
15:00
28

Rusiya-Gürcüstan sərhədində mərmi aşkarlanıb

Rusiya və Gürcüstan arasında yerləşən "Verxniy Lars" keçid məntəqəsində qumbaraatan mərmisi aşkar edilib.

7News.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Şimali Osetiyada "Verxniy Lars" nəzarət-buraxılış məntəqəsinin şimal tərəfində ekskavator yolu genişləndirmək üçün işləyərkən "VOQ-25” tipli qumbaraatan mərmisi tapılıb.

Hadisə yerinə ekspertlər cəlb olunub, mərmi zərərsizləşdirilib.

Rusiya hüquq mühafizə orqanları mərminin Rusiya-Gürcüstan sərhədinə necə düşdüyünün məlum olmadığını bildirib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ