Rusiya hərbi təyyarələri Hələbin qərbindəki Ürəm-Alkubra qəsəbəsini bombalayıb.
7news.Az xarici mediaya istinadən xəbər verir ki, hava hücumu nəticəsində 20 nəfər ölüb, 15-dən çox insan yaralanıb.
Hücumdan sonra bölgədəki binalar dağılıb. Dağıntılar arasında axtarış-xilasetmə tədbirləri davam etdirilir.
7news.Az







