Rusiya Ukraynanın Poltova vilayətinin Mirqorod hərbi aerodromuna raket zərbələri endirib.
Bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Poltava vilayətində, Mirqorod hərbi aerodromunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı və Mi-8 helikopteri, həmçinin aviasiya silahları olan anbar havadan buraxılan yüksək dəqiqlikli raketlərlə məhv edilib”, - Rusiya MN sözçüsü vurğulayıb.
Konaşenkov əlavə edib ki, gecə saatlarında yüksək dəqiqlikli havadan buraxılan raketlər Dnepropetrovsk vilayətinin Novomoskovsk ərazisində Ukrayna silahlı qüvvələrinin böyük silah-sursat anbarını məhv edib.
7NEWS.Az








