RU
Rusiya hərbçiləri Ukraynanın Oleşki şəhərini ələ keçiriblər
01:00
1322

Rusiya hərbçiləri Ukraynanın Oleşki şəhərini ələ keçiriblər

Rusiya qoşunu Ukraynanın Xerson şəhərinə gedən yolun keçdiyi Oleşki şəhərinə daxil olublar.

Bu barədə Oleşki şəhərinij meri Yevgeni Rişçuk xəbər  verib.

O, qeyd edib ki, düşmən hərbçiləri yerli administrasiyanın binasında artıq Rusiyanın bayrağını asıblar.

Rişçuk şəhər sakinlərini küçəyə çıxmamağa çağırıb, çünki orada Rusiya patrulları olacaq.

"Bizim küçələrdə patrul xidməti ilə bağlı sualımız var. Yerli patrullar ruslarla əməkdaşlıq etməyəcək. Yəni ruslar özləri küçələrdə patrul edəcəklər", - o deyib.

Eyni zamanda, Rişçukun sözlərinə görə, o, belə bir fürsət olduğu müddətdə şəhərdə müəyyən proseslərə nəzarəti davam etdirəcək. Kommunal xidmətlər fəaliyyətini davam etdirəcək./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ