Rusiya Hindistanın ikinci ən böyük ticarət tərəfdaşına çevrilib.
7NEWS.az xəbər verir ki, Rusiyanın Hindistana ixracı may ayında 7,1 milyard dollara çatıb. Bu rəqəm ötən ilin aprel ayı ilə müqayisədə 33 faiz, may ayı ilə müqayisədə isə 18 faiz artıb. Sputnik-in Hindistan Ticarət və Sənaye Nazirliyinin məlumatlarına əsaslanan hesablamalarına görə, Hindistanın Rusiyaya ixracı aprel ayından bu yana 5 faiz, 2023-cü ildən isə 40 faiz artaraq 425,4 milyon dollara çatıb.
7NEWS.az








