RU
Rusiya ilə Ermənistan nəqliyyat yollarının açılması məsələsini müzakirə edib
20:40
148

Rusiya ilə Ermənistan nəqliyyat yollarının açılması məsələsini müzakirə edib

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov ilə Ararat Mirzoyan arasında telefon danışığı olub.

Bu barədə Rusiya XİN-in açıqlamasında qeyd olunur:

"Nazirlər Ermənistanla Azərbaycan sərhədində gərginliyə son qoymaq, Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi əlaqələri açmaq, regional əməkdaşlıq üçün əlverişli şərait yaratmaq məsələlərinə dair yekdil mövqeyə gəliblər. Həmçinin Ermənistanla Azərbaycan arasında sərhəd insidentlərinin siyasi-diplomatik yolla həlli istiqamətində səyləri davam etdirməyin vacibliyi vurğulanıb”./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ