Ukrayna prezidenti Petro Poroşenko Rusiya ilə hər an müharibə ola biləcəyini deyib.
Almaniyanın “Bild” jurnalına müsahibə verən prezident bildirib ki, müharibə ehtimalı ötən illə müqayisədə bu il daha da artıb:
“Rusiya mütəmadi olaraq Ukraynanın sərhədinə hərbi qüvvələr yerləşdirir. Biz də özümüzü müdafiə etmək üçün Almaniyadan silah almaq niyyətindəyik. Bu, təkcə Ukraynanın deyil, həmçinin Avropanın da təhlükəsizliyi məsələsidir”./qafqazinfo
7news.az








