RU
Rusiya: “İngiltərənin ölkə sərhədinə yaxınlaşan döyüş təyyarələrinin qarşısı alındı”
15:03
95

Rusiya: “İngiltərənin ölkə sərhədinə yaxınlaşan döyüş təyyarələrinin qarşısı alındı”


Rusiya Müdafiə Nazirliyi İngiltərə döyüş təyyarələrinin Qara dənizdə ölkənin hava məkanı sərhədlərinə yaxınlaşdığını və Rusiya döyüş təyyarələri tərəfindən "mümkün pozuntunun qarşısı alındığını” iddia edib. 

7NEWS.az xəbər verir ki, aşkar edildikdən sonra Rusiya Hərbi Hava Qüvvələrinə məxsus iki Su-27 tipli döyüş təyyarəsinin havaya qalxaraq yaxınlaşan təyyarəyə doğru istiqamətləndiyi bildirilib. Açıqlamada, "Rusiya döyüş təyyarələri yaxınlaşdıqca, xarici döyüş təyyarələri geri dönərək Rusiya Federasiyasının dövlət sərhədindən geri döndü. Rusiya təyyarələri sağ-salamat öz hava limanlarına qayıdıblar. Rusiya Federasiyasının dövlət sərhədinin pozulması yoxdur” deyə bildirilib”. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ