İran Mərkəzi Bankının sədr müavini Muhsin Kərimi Rusiyaya ixracda ABŞ dolları əvəzinə rialdan istifadə cəhdlərinin sona çatdığını bildirib.
7NEWS.az xəbər verir ki, İran Tələbələr Xəbər Agentliyinin (İSNA) verdiyi məlumata görə, İran Mərkəzi Bankının sədr müavini Kərimi Tehranda Ticarət Palatasının üzvləri ilə keçirilən görüşdə çıxış edərək, ilk pilot tətbiqlərin Rusiya ilə həyata keçirildiyini bildirib. Kərimi bu sahədə İranlı iş adamlarından Rusiyaya ixracatda riyal istifadə etmələrini istədi. Rusiyadan idxal üçün ödənişlərin rublla həyata keçirilə biləcəyini bildirən İran rəsmisi, sözügedən sahədə Əfqanıstan və İraq rəsmiləri ilə danışıqların davam etdirildiyini qeyd edib.
7NEWS.az








