Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya İranla münasibətlərdə sanksiyalardan yayınmağın yollarını axtaracaq.
7NEWS.Az-ın verdiyi məlumata görə, bunu Çində iranlı həmkarı ilə görüşən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O qeyd edib ki,Rusiya İslam Respublikası və digər yaxın tərəfdaşlarla münasibətlərdə məhdudlaşdırıcı tədbirlərdən yayınmağa imkan verəcək praktiki addımlar atacaq.
Lavrov və iranlı həmkarı Seyid Hüseyn Abdullahyan bütün sahələrdə əməkdaşlığı gücləndirmək üçün qarşılıqlı istəklərini təsdiqləyiblər.
7NEWS.Az








