RU
“Rusiya işi” ilə bağlı ilk ittiham irəli sürülüb, həbslər başlayacaq
12:10
422

“Rusiya işi” ilə bağlı ilk ittiham irəli sürülüb, həbslər başlayacaq

ABŞ-da Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi və Donald Trampın komandasının Rusiya ilə gizli əlaqələrinə dair təhqiqat aparan xüsusi prokuror Robert Müller ilk ittihamlarını irəli sürüb.

Bu barədə CNN məlumat yayıb. İttihamlar Vaşinqtondakı Böyük Jüri tərəfindən təsdiqlənib. Lakin federal hakimin qərarına əsasən cinayət işinin materiallarının əldə edilməsinə məhdudiyyət qoyulub. Bu səbəblə ittihamların xarakteri, eləcə də iş üzrə adı keçən şəxslərin kimliyi və sayı bəlli deyil. Lakin oktyabrın 30-dan etibarən ilk həbslərin başlayacağı bildirilir.
 
R. Müllerin nümayəndəsi şərh verməkdən imtina edib.  /apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ