Rusiyanın Aralıq dənizindəki sualtı qayıqları Suriyadakı İŞİD hədəflərini vurub.
Bu barədə Rusiya müdafiə nazirliyinin mətbuat katibi general-polkovnik İqor Konaşenkov məlumat verib.
Məlumata əsasən, Rusiyanın Qara dəniz donanmasındakı "Velikiy Novqorod" və "Kolpino" sualtı qayıqlarından 10 ədəd raket Deyr-əz-Zor şəhəri yaxınlığındakı İŞİD mövqelərini vurub.
Vurulan hədəflər arasında silah-sursat anbarları və zirehli texnika olduğu bildirilir./olke.az
7news.Az








