Rus mayoru "terrorçularla belə mübarizə çox çətindir”
İŞİD terror qruplaşmasının silahlıları bomba yüklənmiş kamikadze avtomobilləri vasitəsilə Palmiranın müdafiəsini qırıblar və şəhərin ətrafında möhkəmləniblər.
Rusiya müdafiə nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov brifinqdə etiraf edib ki, terrorçularla bu formada mübarizə olduqca çətindir:
"Silahlılar bu cür avtomobillərdən aktiv istifadə edirlər. Qəfildən hücum edib partlayış törədirlər. Onlarla bu formada mübarizə aparmaq olduqca çətindir”, - deyə İ.Konaşenkov bildirib.
Onun sözlərinə görə, Rusiya qırıcıları terrorçuların oradakı mövqelərinə 64 avia zərbə endirib. İŞİD-in 11 tankı, 300 üzvü və digər hərbi texnikaları məhv edilib.
Rusiya Suriyanın tarixi Palmira şəhərinin yenidən İŞİD-in əlinə keçməsində ABŞ-ı təqsirləndirir. Rusiya müdafiə nazirliyi hesab edir ki, ABŞ-ın Rəqqa bölgəsində əməliyyatlara fasilə verməsi İŞİD-in irəliləməsinə səbəb olub./olke.az
7news.Az








